Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" klubu baş məşqçisiz qalıb.
Sportnet.az-ın məlumatına görə, Domeniko Tedesko "Şalke"nin sükanı arxasına keçib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, yeni vəzifədə istefaya göndərilmiş Markus Vayntsirli əvəzləyib.
Qeyd edək ki, "Şalke" ötən mövsüm Bundesliqada 43 xalla 10-cu yeri tutub. "Ertsebirge Aue" isə II Bundesliqada 39 xalla 14-cü olub və daha aşağı liqaya enmə təhlükəsindən qurtulub.