"Qarabağ” yarımmüdafiəçisi Muarem Muaremlə yolları ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş meneceri Asif Əsgərov açıqlama verib. O, makedoniyalı futbolçuya yeni müqavilə təklif edilmədiyini bildirib: "Muaremin "Qarabağ"la müqaviləsi başa çatıb. Müqaviləsi başa çatan oyunçu isə istədiyi kluba gedə bilər”.
Qeyd edək ki, Muarem Muarem ilk dəfə 2012 - 2015-ci illərdə "Qarabağ”da çıxış edib. 2015-ci ildə Türkiyənin "Eskişehirspor” klubuna keçən yarımmüdafiəçi 2016-cı ildə yenidən "Qarabağ”a qayıdıb (qol.az).

















































































