Azərbaycan Premyer Liqasının debütantı olan "Səbail" klubu daha bir futbolçu transferini həyata keçirib.
Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, Emin Cəfərquliyevlə 1 illik müqavilə imzalanıb. 27 yaşlı müdafiəçi son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyıb. Millimizin heyətində də çıxış etmiş Cəfərquliyev həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını geyinib.
Qeyd edək ki, daha əvvəl "Səbail" Kamal Qurbanov, Emin Mehtiyev, Raul Yaqubzadə, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Vüqar Nadirovla rəsmən anlaşıb.


















































































