
Canni De Byazi oktyabrda Albaniya milli komandasının baş məşqçi postunu tərk edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə 60 yaşlı mütəxəssis "Football İtalia"ya açıqlamasında bildirib.
O, yeni çağırışlar axtarışında olma zamanının yetişdiyini söyləyib: "Bu, təbii prosesdir. Hər şeyin əvvəli və sonu var. Albaniya futbolunda inqilaba gərək yoxdur. Çünki bu komanda əla çalışır".
2018-ci il dünya çempionatının seçmə mərhələsində Albaniya millisi 6 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb. De Byazinin rəhbərlik etdiyi kollektiv şərikli liderlər İspaniya və İtaliyadan 7 xal geri qalır. İtaliyalı mütəxəssisin 2011-ci ildən rəhbərlik etdiyi komanda 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb və qrup 3-cüsü olub.
Qeyd edək ki, Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çıxış edir.