Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya Premyer Liqasında çıxış edən "Axmat” olub. Görüş Çeçenistan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 49-cu dəqiqədə Zaur Sadayev vurub. Onun yaxın küncə göndərdiyi topu Aqil Məmmədov qaytara bilməkdə aciz olub.
Bu, "Axmat"ın adını dəyişdikdən sonra ilk yoxlama matçı olub. Ötən mövsümü 5-ci pillədə başa vuran Çeçenistan klubu buna qədər "Terek” adlanıb. "Axmat" növbəti görüşünü iyunun 20-də Azərbaycanın daha bir təmsilçisi "Qarabağ"a qarşı keçirəcək.
15 iyun
Yoxlama oyunu
20:00. "Qəbələ” – "Axmat” - 0:1
Qol: Zaur Sadayev, 49
"Qəbələ"nin start heyəti: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo
Yanbax, Avstriya
İkinci hissədə Dmitri Bezotosnını Aqil Məmmədov, Ülvi İbazadəni isə Yusif Nəbiyev əvəzləyib.
Qeyd edək ki, ilk sınaq matçında yerli "Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən "Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” ayın 19-da "Botev” (Bolqarıstan), 22-də isə "Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.