
Fəaliyyətini dayandırmış Bakının "Standard" klubunun sabiq baş məşqçisi Valdas İvanauskas karyerasını Rusiyanın "Luç-Energiya" komandasında davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı litvalı mütəxəssisin köməkçiləri sırasında Bakı "İnter"inin keçmiş futbolçusu Tomas Rajanauskas da yer alacaq.
Məqsəd Rusiyanın səviyyəcə 3-cü liqasına enən komandanı daha yuxarı liqaya yüksəltməkdən ibarət olacaq.
Qeyd edək ki, Valdas İvanauskas 2009-cu ilin iyulundan oktyabrınadək "Standard"ın baş məşqçisi olub. 7 oyunda qalib gələ bilməyən komanda cəmi 2 heç-heçə ilə kifayətləndiyi üçün onunla yollar ayrılıb. Tomas Rajanauskas isə 2007-2008-ci illərdə "İnter"də çıxış edib. O, 2008-ci ildə Azərbaycan çempionu adını qazanıb.