Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ” daha 3 yoxlama oyunu keçirəcək. Bu barədə Sportnet.az-a komandanın meneceri Səbuhi Səfyarlı məlumat verib.
Onun sözlərinə görə, "qırmızı-qaralar” iyunun 30-da Albaniyanın "Kukesi”, iyulun 4-də isə Kiyev "Dinamo”su ilə qarşılaşacaq. İyunun 8-i üçün nəzərdə tutulan yoxlama oyunu üçün isə rəqib müəyyənləşməyib.
Qeyd edək ki, iyunun 7-dən Avstriyada olan "Qəbələ” bunadək 4 yoxlama oyunu keçirib. Yerli "Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar” Rusiya "Axmat”ına 0:1 hesabı ilə uduzub. Əyalət təmsilçisi qüvvəsini sınadığı "Stubay Cup”da Avstriya "Vakker”ini üstələdiyi halda (1:0), Bolqarıstanın MOİK klubuna yenilib (1:3).