
2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasından mübarizə aparacaq "Səbail” komandası qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın paytaxt təmsilçisinin rəsmi "facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvarından icarə əsasında "Səbail"də çıxış edən 23 yaşlı qolkiper 2 illik sözləşməyə imza atıb. O, müqavilə ilə məxsus olduğu "Qarabağ”dan birdəfəlik transfer olunub.
Qeyd edək ki, "Səbail” yay fasiləsində Vüqar Nadirov, Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu "Neftçi”dən icarəyə götürüb.