1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov zədəli qayıdır
"Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik. Rəqib Rumıniya çempionu idi, güclü komanda idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Türkiyənin Bolu bölgəsində Rumıniya "Viitorul"una 0:1 hesabı ilə uduzduqları yoxlama matçından sonra deyib.
Gənc mütəxəssis oyunun maraqlı keçdiyini bildirib: "İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq".
Abbasov başa çatan Türkiyə toplanışını da dəyərləndirib: "Burda taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odur ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra "Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.
Qeyd edək ki, "Zirə" Lüksemburq "Differdanj"ı ilə ilk oyunu iyunun 29-da evdə, cavab görüşünü isə iyulun 6-da səfərdə keçirəcək.