Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inin rəqibi olan Serbiya "Mladost"u yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Serbiya çempionu "Partizan" olub.
Luçani stadionunda baş tutmuş qarşılaşma "Mladost"un qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 52-ci dəqiqədə İvan Markoviç vurub.
Qeyd edək ki, "İnter" "Mladost"la iyunun 29-da səfərdə, iyulun 6-da isə Bakıda qarşılaşacaq.