Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ” komandası hazırlığın altıncı gününü tək məşqlə başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən axşam baş tutan məşq təxminən 1,5 saat davam edib.
Futbolçulardan Dani Kintana fizioterapivt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib. Komandaya yeni qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.