1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Komanda yoldaşı "Qəbələ"yə, özü "Zirə"yə keçdi
"Zirə" klubu növbəti futbolçu transferini həyata keçirib. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, artıq Bakıda olan rumıniyalı cinah müdafiəçisi Qabriel Matey tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Onunla ya bir illik, ya da 1+1 illik anlaşma gözlənilir. Mateyin son klubu Polşa "Qurnik"i olub. 27 yaşlı oyunçu "Zirə"yə azad agent qismində keçib.
Abbasovun sözlərinə görə, təcrübəli müdafiəçi hələ 2016-cı ildə Rumıniya "Tarqu Mureş"ində çıxış etdiyi vaxt "Zirə"nin maraq dairəsində olub. Lakin həmin vaxt Matey həm çox pul istədiyindən, həm də klubu ilə müqaviləsi olduğu üçün keçid baş tutmayıb. Bu dəfə isə Polşa klubu maliyyə çətinliyi səbəbindən onu heyətində saxlaya bilməyib.
Qeyd edək ki, Qabriel Matey bir müddət öncə "Qəbələ"yə keçən Xavyer Hernandeslə "Qurnik"də komanda yoldaşı olub.