
Bakı "İnter"inin Serbiyada "Mladost"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, görüş Aleksandr Matyuninin başçılı etdiyi briqadaya tapşırılıb.
Anton Kobzev və Aleksey Lunyov yan xətt, Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.