1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şehiç "Qarabağ"dan getməli idi"
"Qarabağ”ın üzvü olmaq xoş idi. Biz ötən mövsüm Avroliqanın qrupunda oynadıq, "qızıl dubl” etdik”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri 2016/2017 mövsümünün sonunda Ağdam klubundan ayrılan serbiyalı qapıçı Boyan Şaranov ölkəsində dərc olunan "Sportski jurnal”a müsahibəsində deyib.
"Qarabağ”da ehtiyatda qalmasına toxunan 29 yaşlı qapıçı deyib: "Təəssüf ki, orada karyeram istədiyim kimi alınmadı. Mən ötən il komandaya gələndə Bosniya və Hersoqovina millisinin qapıçısı (İbrahim Şehiç nəzərdə tutulur – red.) "Qarabağ”ı tərk etməli idi. Amma o, komandada qaldı və köhnə xidmətlərinə görə əsas heyətdə yer aldı. Ehtiyatda qaldığıma görə utanmırdım. Bu yaxınlarda Şehiç yenə Türkiyə çempionatına getməli idi, amma yenə qaldı. Ona görə də mən müqaviləm başa çatan kimi Belqrada qayıtmağı qərar verdim”.
Şaranov Avroliqanın ilk təfnifat mərhələsində qarşılaşacaq Serbiyanın "Mladost” və Azərbaycanın "İnter” komandaları haqda da danışıb: "Mladost” hazırda güclüdür və mərhələni adlamaq üçün yaxşı şansı var. "İnter” "Qarabağ” və "Qəbələ”dən sonra üçüncü yeri tutub. Hazırda klubun maddi problemləri var. Bu səbəbdən mövsümün getişatında bəzi futbolçular narazılıqlarını bildirirdilər. Bundan başqa, kluba transfer qadağası tətbiq edilib. Amma bu o demək deyil ki, "İnter”in Avroliqada iddiası yoxdur. Bir neçə il komanda Avroliqada pis nəticə göstərməyib. Ona görə də istəməzdim ki, bizimkilər arxayınlaşsın. Sadəcə, qələbə qazanmaq lazımdır” (Qol.az).