
Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Avrokuboklarda debüt edən "Zirə” Lüksemburqun "Differdanj” komandasını qəbul edib.
Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 1:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
29 iyun
21:00. "Zirə” (Azərbaycan) – "Differdanj” (Lüksemburq) 2:0
Qol: Riçard Qadze, 22. Kervens Belfort, 80
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov.
Dördüncü hakim: Marat İskakov (hakimlər briqadası Qazaxıstandandır)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Hakim-inspektor: İqor Satki (Moldova)
Bakı. "Dalğa Arena”