1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Avstriya klubunu darmadağın etdi
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası növbəti yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsində ilk qarşılaşmasında yerli "Qrodiq”lə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi oyuna bu heyətlə başlayıb: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Araz Abdullayev, Stiven Monroz, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, Filip Ozobiç, Endi Hallidey, Ürfan Abbasov.
Baş məşqçi Roman Qriqorçuk fasilədən sonra Bezotosnı, Hallidey, Hüseynov, Abbasov, Monroz, Ozobiç, Malone və Ramaldanovu əvəzləyib. Onların yerinə meydana Aqil Məmmədov, Elvin Camalov, Asif Məmmədov, Elvin Məmmədov, Fərid Nəbiyev, Roman Hüseynov, Xavyer Ernandes Qonzales və Qismət Alıyev daxil olub.
"Qəbələ” ikinci təlim-məşq toplanışına böyükhesablı qələbə ilə başlayıb. Komanda fasiləyədək 2, ikinci hissədə isə 5 qol vurub.
"Qrodiq” (Avstriya) – "Qəbələ” – 0:7
Qollar: Stiven Monroz, 24. Ürfan Abbasov, 37. Asif Məmmədov, 47; 56. Xavyer Ernandes Qonzales, 48. Araz Abdullayev, 58-pen. Fərid Nəbiyev, 75