"Rəqib çox yaxşı komanda idi. İlk oyunda 3:0 hesabıyla qalib gəlməyimizə baxmayaraq, bu oyundan öncə həyəcanlı idim”.
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Mladost”u 2:0 hesabıyla məğlub edən Bakı "İnter”inin baş məşqçisi Zaur Svanadzen deyib.
Gürcüstanlı mütəxəssis çətinliklərə rəğmən, II təsnifat mərhələsinə vəsiqə qazandıqları üçün futbolçulara təşəkkür edib: "Altı ildir burda çalışıram və üç ildir ardıcıl çətinliklərlə üzləşirik. Ancaq buna baxmayaraq, "İnter” nəticə qazanmağı bacardı. Buna görə, uşaqlara təşəkkür edirəm”.
Qeyd edək ki, ilk matçda da rəqibini məğlub edən (3:0) "İnter” növbəti mərhələyə vəsiqə qazanıb.