"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.
Sportnet.az-ın məlumatına görə, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında biletlər satışa çıxarılıb. Satışın ilk günündə 2500 bilet satılıb. Bilet satışı bu gün saat 10:00-dan etibarən davam edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Samtredia" görüşü 11 iyul tarixində saat 21:00-da baş tutacaq.










































































