
Almaniyanın "Aue" klubunun heyətində təlim-məşq toplanışı vaxtı zədələnən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov əməliyyat olunmayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun məşqçisi Robin Lenk açıqlama verib.
O bildirib ki, 27 yaşlı hücumçunun baş barmağındakı zədənin elə də ciddi olmadığı müəyyənləşib. Lenk Nazarovun tezliklə komandanın sıralarına dönəcəyini əlavə edib: "Ənəvi müalicə aparılacaq. Proses elə də uzun çəkməyəcək".
Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu sentyabrın 1-də səfərdə Norveçə qarşı keçirəcək.