Bakı "İnter"i ilə Lüksemburqun "Fola" komandası arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Dalğa Arena”da jurnalistlər önünə əvvəlcə meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze çıxacaq. Bundan bir saat sonra onun rəqib həmkarı Jeff Ştrasser sualları cavablandıracaq.
18:30. "İnter”in baş məşqçisinin mətbuat konfransı
19:00. "İnter”in açıq məşqi (ilk 15 dəqiqə)
19:30. "Fola”nın baş məşqçisinin mətbuat konfransı
20:00 "Fola”nın açıq məşqi (ilk 15 dəqiqə)
Konfranslarda iştirak etmək istəyən KİV nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılacaq.










































































