1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Premyer Liqasının Əsasnaməsi dəyişdi
Azərbaycan Premyer Liqası klubları 2017-2018 mövsümündən etibarən start heyətdə yaşı ən azı 21 olan bir oyunçunun xidmətindən yararlanmalı olacaqlar.
Bu barədə Sportnet.az-a "Zirə"nin baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, klub start heyətini 1996-cı il təvəllüdlü oyunçudan ibarət qurmaq üçün hələ Avropa Liqası matçlarından etibarən fəaliyyətə başlayıb. Abbasov Peşəkar Futbol Liqası (PFL) tərəfindən aldıqları təlimata uyğun olaraq, əsas heyətə bir 1996, ehtiyata isə bir 1996, bir 1998-ci il təvəllüdlü yerli oyunçu daxil edəcəklərini vurğulayıb.
Öz növbəsində PFL-in baş direktoru Məlik Həsənov "Report"a açıqlamasında Premyer Liqanın Əsasnaməsində dəyişiklik edildiyini təsdiqləyib. Onun sözlərinə görə, qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır. 1998-ci il təvəllüdlü daha bir oyunçu isə ehtiyatda olmalıdır. Legioner sayı isə əvvəlki kimi 6 qalıb. PFL rəsmisi artıq bu barədə klubların da məlumatlandırıldığını bildirib.
Qeyd edək ki, ötən mövsümədək start heyəti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) kimi olub. Matçın protokolunda isə 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləq idi.