"Sumqayıt" klubu Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində növbəti oyuna çıxıb.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv ötən gün axşam məşqi əvəzinə Türkiyənin I Liqa təmsilçisi "Adana Demirspor"dan gələn təklifi qəbul edərək yoxlama oyunu keçirib. Görüş adanalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolunu Rəşad Eyubov vurub.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Tavun”a qarşı keçirəcək. 1956-cı ildə qurulmuş Burayda təmsilçisi 2016/2017 mövsümündə Səudiyyə Ərəbistanı yüksək liqasında 8-ci yeri tutub.
Yoxlama oyunu
Bolu, Termal Hotelin stadionu
"Adana Demirspor" - "Sumqayıt" - 2:1
Qollar: Mendi, 8. Lalavele, 70 - Rəşad Eyyubov, 88.
"Sumqayıt" bu heyətlə çıxış edib: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov.
Oyuna sonradan daxil olanlar: 18. Tural Axundov, 32. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev.
Baş məşqçi: Samir Abasov.










































































