Ukraynanın "Aleksandriya" klubu Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevi UEFA-ya sifariş edib.
Sportnet.az-ın məlumatına görə, eyniadlı şəhərin təmsilçisi 29 yaşlı müdafiəçinin xidmətindən Avropa Liqası qarşılaşmalarında da yararlana biləcək. Paşayevin adı Rumıniya "Astra"sına qarşı III təsnifat mərhələsinin oyunları üçün "Aleksandriya"nın iştirak ərizəsinə daxil edilib. O, 20 nömrəli formada çıxış edəcək.
Əvəzində Çexiyanın "Mlada Boleslav" klubu hələlik Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi Albaniyanın "Skenderbeu" komandası ilə Avroliqa qarşılaşmaları üçün UEFA-ya sifariş etməyib.
Qeyd edək ki, "Aleksandriya" iyulun 27-də səfərdə, "Mlada Boleslav" isə evdə oynayacaq.











































































