Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Xudiyev Avropa Liqasının III təsnifat mərhələsində Türkiyənin "Fənərbağça" və Avstriyanın "Şturm" komandaları arasında keçiriləcək cavab oyununda iş başında olacaq. Görüş avqustun 3-də İstanbul şəhərindəki "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.
Qeyd edək ki, hələlik matçın hakimləri açıqlanmayıb.