1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"
"Biz çox yaxşı oynadıq və matçın ilk 1/4 hissəlik bölümündən sonra topa nəzarət etməyə başladıq. Məncə, meydanda daha üstün tərəf idik".
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstan "Panatinaikos"unun futbolçusu Niklas Hult "Qəbələ"ni Afinada 1:0 hesabı ilə yendikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. 27 yaşlı yarımmüdafiəçi vurğulayıb ki, komandası daha çox qol vura bilərdi: "Cəmi bir qol vurmağımıza sevinmirik. Əlbəttə, daha çox fərqlənə bilərdik. Amma şadıq ki, top buraxmadıq və bu da çox vacibdir. Cavab oyununda da belə çıxış etməliyik".
Ötən illə müqayisədə hücum xəttində çoxlu oyunçunun çatışmadığını bildirən İsveç yığmasının üzvü yenilərə kömək etmələrinin gərəkliyini dilə gətirib: "Omri Altman cəmi bir aydır bizimlədir və işinin öhdəsindən çox yaxşı gəlir. Get-gedə bundan da yaxşı olacaq. Gilyermo Molins qol vuraraq, keçmiş hücumçumuz Markus Berqin rolunu öz üzərinə götürdü".
Hult "Qəbələ" barədə də danışıb. O, Azərbaycan təmsilçisini yaxşı komanda kimi dəyərləndirib: "Rəqib futbol oynamaq istəyirdi. Amma bu, bizim arenada onlara çətin idi. Çünki meydana yaxın olan tribunalardakı azarkeşlərimizdən dəstək, enerji alırdıq. Onların köməyi ilə pressinq edir, təzyiq göstərirdik. Bu səbəbdən, rəqib heç nə edə bilmədi. Hətta onlar hücumda olduqda belə top ayaqlarından, sadəcə, uçurdu. Bununla belə, "Qəbələ" əks-hücumlarda təhlükəlidir. Cavab oyununda biz çox diqqətli olmalıyıq".
Sonda cinah oyunçusu 6 ayadək sürən zədəsinin bərpa dövründən sonra özünü çox yaxşı hiss etdiyini və ayağından heç bir ağrı, narahatlığının olmadığını dilə gətirib.
Qeyd edək ki, Niklas Hult "Panatinaikos"da 2011-ci ildən çıxış edir.