Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün son yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Almaniya "Herta"sı olub.
"Neftçi TV" vasitəsilə canlı yayımlanmış görüş "Herta"nın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Berlin təmsilçisi ilk 10 dəqiqədə 2, ikinci hissənin ilk 5 dəqiqəsində isə 1 qol vurub. Bundan sonra əsas heyət oyunçularını ehtiyatdakılar əvəzləyib. Onlar isə daha 1 qol vurublar.
Beləliklə, "Neftçi"nin Avstriya toplanışında üçüncü yoxlama matçını 0:4 hesablı məğlubiyyətlə başa vurub. Əvvəlki oyunlarında Almaniya "Şalke"sinə 0:1 hesabı ilə uduzan "ağ-qaralar" BƏƏ-nin "Əl-Ain" klubu ilə heç-heçə ediblər - 1:1.
Qeyd edək ki, "Herta" ötən mövsüm Bundesliqada 6-cı yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb.
Qollar: Vladimir Darida, 2. Sebastian Lanqkamp, 10. Vedad İbişeviç, 50. Aleksander Essvayn, 65
"Neftçi"nin start heyəti: Səlahət Ağayev, Məqsəd İsayev, Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Derlis Meza Kolli, İqnasio Errera, Elnur Cəfərov, Daniel Seqoviya.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.