Denis Çerişev : ”Layiqli qələbə qazandıq”
Rusiya milli komandasının hücümçusu Denis Çerişev Azərbaycan yığması ilə yoldaşlıq görüşünü dəyərləndirib. Sportnet.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Çerışev layiqli qələbə qazandıqlarını bildirib.
O deyib: "Biz bu oyuna Lixtenşteyenlə qarşılaşma öncəsi sınaq kimi yanaşırdıq. Amma bütün bunlara baxmayaraq oyuna qələbə üçün çıxmışdıq və komandamız bu gün rəqibdən daha yaxşı oynayaraq layiqli qələbə qazandı. Bundan sonra isə oyun keyfiyyətimizi artırmalı və daha çox işləməliyik”.
İspaniya "Vilyarreal"ında forma geyinən futbolçu öz oyunu haqqında isə bu fikirlərləri səsləndirib: ”Mən, heç də ən yaxşı oyunumu keçirmirdim və bundan daha artığına qadirəm”.

Qeyd edək ki, dünən keçirilmiş yoldaşlıq oyununda Azərbaycan millisi səfərdə Rusiya yığmasına 0:4 hesabı ilə məğlub olub.