Futbol üzrə Türkiyə Super Kubokunun qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, ölkə çempionu "Beşiktaş” kubokun sahibi "Konyaspor”la qarşılaşıb.
Görüş "Konyaspor”un qələbəsi ilə yekunlaşıb. Bununla da "yaşıl-ağlar" tarixlərində ilk dəfə Superkubok qazanıblar.
Türkiyə Superkuboku
6 avqust
"Beşiktaş” - "Konyaspor” - 1:2
Qollar: Cenk Tosun, 77 - Abdu Razzak Traore, 33. Neyk Skubiç, 90+1
--------------------------------------------------
Bu gün "Beşiktaş" və "Konyaspor" komandaları arasında Türkiyə Super Kuboku uğrunda görüş keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Samsundakı Yeni 19 may stadionunda təşkil olunacaq matçda "Beşiktaş"la "Konyaspor" komandaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:45-də başlanacaq qarşılaşmanı Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
"Beşiktaş" ötən mövsümü çempion, "Konyaspor" isə kubok sahibi kimi başa vurub. İki komanda 40-cı dəfə görüşəcək. Əvvəlki matçların 20-də "ağ-qaralar", 7-də "yaşıl-ağlar" qalib gəlib. 12 matçda isə heç-heçə qeydə alınıb. "Beşiktaş" indiyədək 4 Superkubokdan 1-də qalib olubsa, "Konyaspor" ilk dəfə belə bir həyəcan yaşayacaq. Ümumiyyətlə, bu mükafat 5 dəfə "Qalatasaray"a qismət olubsa, "Fənərbağça" 3, "Trabzonspor" 1 dəfə sevinib.