1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Torbatikən" idman direktorları - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Üçüncü yazıda idman direktoru vəzifəsindən söhbət açacağıq.
İdman direktoru vəzifəsi srateji postdur. Dünya praktikasına nəzər salsaq, aparıcı klubların bu mövqeni təsadüfi adamları etibar etmədiyini etmədiyini görərik. Adət sabiq futbolçuları bu işə uyğun görürlər. Bir çox tanınmış oyunçunun karyerasını bitirdikdən sonra elə formasını geyinidi klubda fəaliyyətini idman direktoru kimi davam etdirdiyini görmüşük. Bu da ondan irəli gəlir ki, həmin şəxs ailədən biri hesab olunur.
Özünəməxsusluğu ilə seçilən Azərbaycan futbolunda isə vəziyyət bir qədər fərqlidir. Yerli klublarda idman direktoru vəzifəsi bir çox hallarda baş məşqçilər üçün tələ xarakteri daşıyıb. Yəni, hansısa şəxsi əvvəlcə idman direktoru təyin ediblər, qısa bir müddət sonra isə əsas komandanın sükanı arxasına gətiriblər. Bu isə peşəkarlığa sığmamaqla yanaşı, etik cəhətdən doğru deyil.
Maraqlıdır ki, bu hala daha çox artıq böyük futbol səhnəsini tərk edən klublarda yaşanıb. "Bakı”da Bojidar Bandoviçlə Novruz Əzimov, "Xəzər Lənkran”da Yunis Hüseynovla Cüneyt Biçər, "Rəvan”da isə Vladislav Qədirov idman direktoru vəzifəsini baş məşqçi postuna dəyişib. Oxşar aqibəti "Qəbələ”də Ramiz Məmmədov, "Neftçi”də isə Vəli Qasımov yaşayıb.
Görünən odur ki, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən klubların heç birinin strukturunda idman direktoru vəzifəsinin nəzərdə tutulması ölkəmizdə bu postun ləkələnməsindən irəli gəlir. Əlbəttə, baş məşqçini əvəzləyən bütün idman direktorları qınaq da olmaz. Klubda uzun müddət çalışıb, zərurətdən bu postda gətirilənlər də olub. Buna rəğmən, idman direktorları ilə bağlı formalaşan "tobatikən” imici hələ uzun müddət yaddaşkardan silinməyəcək...
"Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov deyir ki, idman direktoru vəzifəsinə futbolda böyük təcrübəsi, nüfuzu olan mütəxəssilər təyin edilməlidir: "Dünya praktikasında fərqli klub strukturu, idarəçiliyi mövcuddur. Bir çox futbol klublarında idman direktoru vəzifəsi mühüm post sayılır, səlahiyyətləri geniş olur. Əsas komandadan tutmuş transfer siyasətinə kimi məsələlərə nəzarət, məsuliyyət, cavadehlik daşıyır. Vəzifənin adından da bəlli olduğu kimi bu posta əsasən futbolda böyük təcrübəsi, nüfuzu olan mütəxəssilər təyin olunur. Futbolu bilmədən belə vəzifələrdə çalışmaq, uğur qazanmaq mümkün deyil”.
"Əksər məşqçilər klub idarəçiliyi baxımından zəif olur”
Sabiq FİFA referisi hesab edir ki, bu postda məşqçiləri təyin etmək o qədər də düzgün seçim deyil: "Klub rəhbərliyi idman direktorunu təyin edərkən bir çox nüanslara diqqət etməlidir. İdarəçilikdə futbolu dərindən bilən şəxslər təmsil olunarsa, onlar heç vaxt bu vəzifəyə PRO və digər kateqoriyalara sahib məşqçiləri gətirməz. Xüsusi vurğulayım ki, əksər məşqçilər klub idarəçiliyi baxımından zəif olur. Onların düşüncəsi ancaq məşqçi fəaliyyətinə yönəlir, özlərini meydanda görürlər”.
"Məşqçi-idman direktorları baş məşqçinin "nöqsan"larını rəhbərliyə çatdırır”
T.Süleymanovun sözlərinə görə, məşqçi-idman direktorlarının baş məşqçinin "nöqsan"larını hər gün üzə çıxarması böyük fəsadlara yol açır: "Futbolda təsadüfi, zəif olan rəhbərlik öz çatışmazlığını gizlətmək üçün kömək məqsədilə idman direktorlaruğuna məşqçiliyə iddialı insanları təyin edir. Gələcək fəsadları isə çox ağır olur. Məşqçi-idman direktorları baş məşqçinin "nöqsan"larını hər gün üzə çıxarır, rəhbərliyə çatdırır. Rəhbərlik futbolu bilmədiyi üçün təhlillər apara bilmir, klubdaxili gərginlik yaranır. Baş məşqçilər də bunu bilərək özlərini psixoloji baxımdan rahat hiss etmir və sonda komandanın nəticələrinə mənfi təsir edir. Sonrakı prosesləri isə bilirsiz... Bununla bağlı, idman direktorlarının çalışdığı klublarda sonradan baş məşqçi olmalararı ilə bağlı çox nümunələr gətirmək olar”.
"Klub idarəçiliyində baş məşqçiliyə iddialıların olmaması məqsədəuyğundur”
Təcrübəli futbol funksionerinin fikrincə, klub idarəşiliyində baş məşqçiliyə iddialıların olmaması məqsədəuyğundur: "Özüm idman direktoru olmasam da klub üçün daha önəmli vəzifədə - uzun müddət vitse-prezident çalışmışam. Futbol mütəxəssisi olduğum üçün klubun idman məsələlərinə cavabdehlik daşımışam. Heç vaxt baş məşqçi iddiam olmadığı üçün məşqçilərimiz özlərini rahat hiss edir, səmimi münasibət formalaşırdı. Tələbkarlıq üst səviyyədə olsa da, düşüncələrimiz, fəaliyyətimiz birlikdə uğur qazanmaq idi. Belə olduqda rəhbərlik-məşqçi-futbolçular arasında birlik olur və qazanılan nəticələrə müsbət təsir edir. Klub idarəçiliyində önəmli vəzifələrdə struktura uyğun olaraq futbolu bilən insanların olması mütləqdir. Onların arasında baş məşqçiliyə iddialıların olmaması məqsədəuyğundur. Qələbə, məğlubiyyətlərdən asılı olmayaraq, məşqçi-idman direktoru tərəfindən hər dəfə "mız"qoyma əməliyyatları aparılır. Çünki, niyyət, məqsəd baş məşqçi olmaqdır. Təbii, bunu yüz faiz hər kəsə aid etmək doğru olmaz. Əksər hallarda belə olsa da, əsas odur ki, vəzifəsindən asılı olmayaraq klubda çalışanlar bir məqsəd uğrunda birləşib uğur əldə etsinlər. Belə hallar peşəkarlıqla yanaşı, mənəviyyata, şəxsiyyətə, niyyətə bağlı olan məsələdir. Böyük futbolda hər nüansa diqqət yetirilməli, mənfi halların baş verməməsi üçün bu tipli təyinatlara həssas yanaşılmalıdır”.
"İdman direktoru baş məşqçinin ayağının altını qazmamalıdır”
MOİK-in baş məşqçisi Ramil Əliyev hesab edir ki, Azərbaycanda klub strukturu bir qədər fərqlidir: "İdman direktoru önəmli vəzifədir. Bu postu tutan adam futbolda "bişən” biri olmalıdır. Təsadüfi deyil ki, bir çox klublar bu işi sabiq futbolçulara həvalə edirlər. Lakin Azərbaycan vəziyyət bir qədər fərqlidir. Bizdə bu ənənə formalaşmayıb. Nədənsə, klublarımız buna gərək görmürlər”.
Otuz bir yaşlı mütəxəssis deyir ki, idman direktorlarının sonradan çalışdıqları klubda əsas komandanın baş məşqçisi vəzifəsinə gətirilməsinə birmənalı yanaşmaq düz deyil: "Bu məsələyə birmənalı yanaşmaq olmur, fərqli məqamlar var. Yəni, vəziyyətə baxır. Sonradan baş məşqçi təyin edilən hər kəsə ayaq altı qazan gözü ilə baxmaq səhvdir. Biri var, bir nəfəri idman direktoru təyib edib, 3 ay sonra baş məşqçi edirlər. Biri də var, hansısa şəxs 2-3 il klubda idman direktoru vəzifəsində çalışır və günlərin birində əsas komandanı ona tapşırıblar. Bunlar tam fərqlidir. Sabiq məşqçinin klubdan idman direktoru postunu tutmasında pis heç nə görmürəm. İdman dirketorunun vəzifəsi qarşıya qoyulan məqsədə çatmaq üçün kluba, baş məşqçiyə kömək etməkdir. O, sırf özünə aid işlərlə məşğul olmalı və baş məşqçi postuna göz dikməməlidir. Ümumiyyətlə, idman direktorunun baş məşqçinin işinə müdaxilə etməsi, onun haqqından pis fikir formalaşdırmağa çalışması, ayağının altını qazması qəbulolunmazdır. Məsələn, həmin şəxs oyunlar zamanı klub rəhbərlərinin yanını kəsdirib, "əvəzləməni səhv etdi” və ya "taktikanı dəyişməlidi” formasında öz fikirini söyləməməlidir. Bu, artıq ayaq altı qazamaq, ona aid olmayan işə barmaq etməkdir. Yaxşı olar ki, klub rəhbərləri də buna imkan verməsinlər. Əsas odur ki, hərəsinin öz funksiyası var. Hərə öz işini layiqincə icra etməlidir və vəhdət olmalıdır. Oxşar təcrübəni özüm də MOİK-də yaşamışam. Baş məşqçi olmazdan öncə bir ilə yaxın vitse-prezident postunu tutmuşam və bu müddətdə heç vaxt onların işinə müdaxilə etməmişəm, şəxsi fikirmi özümə saxlamışam. Lakin elə alındı ki, klub rəhbərliyi baş məşqçi olmağımı istədi. Bildiyiniz kimi əvvələr də MOİK-ə rəhbərlik etmişəm və komandanı elitaya çıxarmışam. İndi də qarşımaq qoyulan vəzifə budur”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir