Azərbaycan millisinin və Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern"in futbolçusu Mahir Emreli bu ilin sonunadək sıradan çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Herta" ilə ev oyununda xəsarət alıb.
Tibbi müayinə nəticəsində onun baldır nahiyəsindəki gətirici vətərində qismən qopma aşkarlanıb.
Emreli görüşdə sonradan meydana daxil olsa da, təxminən 15 dəqiqə sonra zədəyə görə oyunu tərk etməli olub.
Klub ona tezliklə tam sağalma arzulayıb və tibbi heyətin onun bərpa prosesini yaxından izləyəcəyini açıqlayıb.













































































