Azərbaycan milli komandasının futbolçusu Mert Çelikin bukmeyker kontorlarında pul qoyuluşu etdiyi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, hazırda Türkiyə I Liqasıda "Sivasspor"un formasını geyinən 25 yaşlı mərkəz müdafiəçisi Türkiyə Futbol Federasiyasının (TFF) açıqladığı 1024 nəfərlik siyahıda yer alıb.
O, TFF-nin qərarı ilə Peşəkar Futbol İntizam Komitəsinin araşdırmasının davam etdiyi müddətdə bütün oyunlardan kənarlaşdırılıb.
Qeyd edək ki, Mert Çelik 2020 - 2023-cü illərdə "Neftçi"nin, 2024/2025 mövsümündə "Səbail"in formasını geyinib. O, həmçinin Azərbaycanın U-21 yığmasında 7 oyunda (1 qol), əsas millidə isə 1 matçda (25 mart 2025-ci ildə Belarus yığmasına qarşı - 0:2) çıxış edib.














































































