Azərbaycanın qadın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.
Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb.
Görüş 8:5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə, Azərbaycan stolüstü tennisçiləri komanda yarışlarını bürünc mukafatla başa vurublar.














































































