Bakının "İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a 59 yaşlı gürcüstanlı mütəxəssisin özü bildirib.
O deyib ki, yeni müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər korpusunda da heç bir dəyişikliyin olmayacağını söyləyib.
Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin iyununda "İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.