"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını yenidən Portuqaliyanın "Unian Madeyra" klubunda davam etdirəcək. Sportnet.az-ın Funşal şəhəri təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Braziliyalı oyunçu 2015-2016 mövsümündə də "Unian Madeyra"da çıxış edib. O, həmin vaxt 8 qolla komandanın bombardiri olub. Ötən mövsüm isə Dias vətənində "Amerika MG" klubunun formasını geyinib.
Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə çıxış edib. Lakin Dias özünü elə də müsbət tərəfdən göstərə bilməyib. Buna "sambaçı"nın aldığı zədə üzündən uzun müddətə sıradan çıxması səbəb olub. "Unian Madeyra" hazırda Portuqaliyanın səviyyəcə ikinci sayılan Pro Liqasında çıxış edir.