Bakı "İnter"inin AFFA Klublar Komitəsinin iclasına qatılmama səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, toplantıda iştirak texniki məsələlər üzündən alınmayıb: "İclasa mən getməli idim. Amma işlərin çoxluğundan vaxt tapa bilmədim. Digər əməkdaşlarımız isə başqa işlərlə məşğul olduqlarından toplantıda iştirakımız alınmadı. Yəni, bu, sırf texniki məsələ idi. Yoxsa nə problem ola bilər ki?!"