
O deyib: ”Hər kəs "Mançester Yunayted” heyranı olduğumu bilir və bunu dəfələrlə qeyd etmişəm. "Mançester Yunayted” klubunda çoxlu dostum var, azərkeşlər isə inanılmazdır. Bir gün mütləq ora qayıtmaq istərdim”.
29 yaşlı oyunçu, həmçinin İngiltərə Premyer Liqasına yaxşı başlamayan keçmiş komandasının toparlanacağına inandığını bildirib: ”Düzdür, ”Mançester Yunayted” liqaya yaxşı başlamayıb, amma Anxel Di Mariya və Radamel Falkao transferləri ilə birlikdə keçmiş komandamın yenidən özlərini yaxşı komanda kimi göstərəcəyinə inanıram”.