Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub.
Həftənin açılış matçı ötən mövsümün bürünc mükafatçısı "İnter”lə debütant "Səbail” arasında olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 4-cü dəqiqədə kapitan Nizami Hacıyev vurub. Bununla da "İnter" Premyer Liqada ilk qələbəsini qazanıb. Hazırda hər iki komandanın 1 qələbəsi, 2 məğlubiyyəti var.
Digər görüş "Neftçi" və "Kəpəz" arasında keçirilib. İlk 2 turda hər iki komanda məğlubiyyətlə üzləşdiyi üçün bu matçda tərəflərdən biri ya növbəti dəfə məğlub olmalı, ya da hərəyə 1 xalla kifayətlənməli idilər. Baş məşqçi əvəzi Elşad Əhmədovun ilk sınağında heç-heçə qeydə alınıb. Beləliklə, çempionatda xalsız komanda qalmayıb.
Azərbaycan Premyer Liqası
III tur
25 avqust (cümə)
18:00. "İnter” – "Səbail” - 1:0
Qol: Nizami Hacıyev, 4
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena”
20:30. "Neftçi” – "Kəpəz” 0:0
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
"Bakcell Arena”