
"Səbail" ilə oyunumuz ürəkaçan olmadı. Qalib gəlsək də, rəqibin aktivliyini qeyd edərdim".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının III turunda "Səbail" ilə matçda "İnter"in qələbə qolunun müəllifi olan Nizami Hacıyev deyib.
Paytaxt klubunun kapitanı növbəti dəfə yığmaya dəvət almamasına da toxunub: "Prosineçkiyə sözüm varmı? Yalnız uğurlar diləyirəm və ondan ancaq qələbə gözləyirəm. "Qarabağ" bizi beynəlxaq yarışlarda yaxşı təmsil etdiyi kimi, yığmanın da uğurlu olacağına inanıram".