Azarkeşlər bu gün fərqli "Neftçi" gördülər. İlk dəqiqələrdən topa yiyələnmək istəyiridik. Təhlükəli məqmalar oldu. Lakin bəxt bizdən üz döndərmişdi. Çalışsaq, ardı da gələcək".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Daniel Seqoviya Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz"lə qolsuz heç-heçədən sonra deyib.
İspaniyalı hücumçu bildirib ki, ilk iki matçda qol vurmaq üçün bu qədər şansları olmayıb: "Bu ilin fevralından buradayam. Həmin vaxtdan bəri hər matçda qol vururduq. Növbəti oyunlardan bugünü kimi oynasaq, xallarmızı çox olacaq".
Seqoviya Elxan Abdullayevin baş məqşçi postundan istefasına və əsas komandanın müvəqqəti Elşad Əhmədova tapşırılmasına da toxunub: "İki məşqçini müqayisə edə bilmərəm. Hərəsinin öz fəlsəfəsi var. Elşad Əhmədovun rəhbərliyi altında 3 məşqimiz olub. Fikrimcə, Elşad Əhmədovun fəsləfəsi ilə qabağa gedə bilərik. Mənim üçün hansı məqşçinin rəhbərliyi altında işləməyin fərqi yoxdur. Çünki peşəkaram. Elxan Abdullayevlə niyə alınmadığını deyə bilmərəm. Özü istefa verdi. Futbolda keçmişə baxmaq lazım deyil".
Əcnəbi oyunçu vəziyyəti yaxşıya doğru dəyişəcəklərinə inamını ifadə edib: "Həmişə təzyiq altında olacağıq. Çünki "Neftçi"yik. Hələ 3 tur keçib, vaxtımız var".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |