"Bakı”nın sabiq baş məşqçisi Çempionlar Liqasının (ÇL) və İspaniya La Liqasının favoritini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 51 yaşlı serbiyalı mütəxəssis vaxtı ilə formasını geyindiyi və hazırda ÇL-də "Qarabağ”la eyni qrupda yer alan "Atletiko”nu şansı hesab etdiyini söyləyib: "Atletiko” iştirak etdiyi bütün turnirlərdə favoritdir”.
M.Pantiç yay fasiləsində transfer bazarında böyük məbləğdə keçidlərin qeydə alınmasına da münasibət bildirib: "Transfer bazarı dəli olub”.
Qeyd edək ki, Pantiç 1995-1998-ci illərdə "Atletiko”da çıxış edib. O, 2013/2014 mövsümündə "Bakı”ya rəhbərlik edib.








































































