
"Neftçi” Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində qarşılaşacağı "Sumqayıt” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında məşq keçib.
Xatırladaq ki, sentyabrın 10-da "Kapital Bank Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.