Azərbaycan Premyer Liqasında IV turun "İnter" - "Kəpəz" matçını çox az sayda tamaşaçı izləyir.
Sportnet.az-ın əməkdaşı tribunadakılardan bir neçəsinə yaxınlaşaraq oyunla bağlı fikirlərini öyrənməyə çalışıb. Əsasən yaşlı tamaşaçılar bu oyuna maraq göstərdikləri üçün gəldiklərini bildiriblər. Nizami rayonunda müəllimə işləyən 4 xanım tamaşaçı bu oyuna öz istəkləri ilə gəldiklərini və hətta sinif uşaqlarını da gətirmək niyyətində olduqlarını bildiriblər: "Bizi bu oyuna gəlməyə heç kim məcbur etməyib. Öz xoşumuzla gəlmişik. Nizami rayonunda 32 nömrəli məktəbdə müəllimə işləyirik. Bilsəydik, sinif uşaqlarını da gətirərdik".
Qeyd edək ki, hazırda oyunda hesab 3:2 meydan sahiblərinin xeyirinədir.









































































