1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Belə istədim, Nizamini əvəzlədim"
Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "Kəpəz”i 3:2 hesabı ilə məğlub edən "İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az gürcüstanlı mütəxəssisin fikirlərini təqdim edir:
- Üç xal qazandıq. Yaxşı ki, qalib gəldik. Komandamın oyunundan razı qaldım. Yenə matçda yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi təşvişə düşdük. Niyə belə olduğunu bilmirəm. Rəqib standart vəziyyətlərdə çox güclüdür və bundan istifadə etdilər.Üç qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq.
- Oyundan sonra futbolçulara nə dediniz?
- Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var vəb bunları düzəltmək mümkündür. Öz üzərimizdə çalışmalıyıq.
- Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi?
- Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim.
- Futbolçular oyun zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədir. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı...
- Bu məsələdə haqlısız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.