"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məqşçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Uşaqların elə səhvə yol verəcəklərin təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".
- Komandada istək yoxdur. Bu, nə ilə bağlıdır?
- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.
- Öz işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.
- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.
- Çox vaxt lazımdır. Lap çox...