AFFA İntizam Komitəsi "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edib.
Sportnet.az-ın məlumatına görə, səbəb gənc mütəxəssisin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IV tur matçının 90+1-ci dəqiqəsində baş hakim Ömər Paşayevə sərt formada etirazı olub. Abbasov "Zirə"nin qapısına penalti təyin olunduğu epizoddan sonra narazılığını bildirib. Sonradan o, penaltiyə görə yox, vaxtın 5 dəqiqə uzadılması ilə əlaqədar belə hərəkətə yol verdiyini açıqlayıb.
İntizam Komitəsi, bu hal yenidən baş verəcəyi təqdirdə, Abbasovun cəzalanacağını bəyan edib.
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib.