Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ” ilə qarşılaşacaq "Kəpəz” dünəndən səfər oyununun hazırlıqlarına başlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda məşq edən "sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Məşq prosesləri hər gün saat 11:00-a təyin olunub. "Kəpəz” matç öncəsi son məşqinə isə oyunun keçiriləcəyi arenada çıxacaq.