1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Əliyev Avropa Liqasının oyununu idarə edib
Ötən gün 2017/2018-ci illər mövsümündə futbol üzrə Avropa Liqası oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, keçirilən 24 matçdan birini azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
Onun "İ" qrupu çərçivəsində fit sahibi olduğu "Viktoriya Gimaraeş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçı 1:1 hesabı ilə başa çatıb.
Gimaraeş şəhərinin "Dom Afonso Enrikes" stadionunda keçirilən qarşılaşmada Ə.Ağayev 84-cü dəqiqədə meydana daxil olan "Zalsburq"un futbolçusu Lyaytqebə 90+4-cü dəqiqədə sarı vərəqə göstərib.
Oyunda qolları Pedrau ("Viktoriya", 25-ci dəqiqə) və Berişa ("Zalsburq", 45) vurub.
Qrupun digər matçında "Marsel" (Fransa) "Konyaspor"u (Türkiyə) 1:0 hesabı ilə məğlub edib.