"Qarabağ”ın sabiq futbolçusu Leroy Corc karyerasını Avstraliyada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 30 yaşlı surinamlı yarımmüdafiəçi "Melburn Viktori” ilə anlaşıb. O, 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Leroy 20132015-ci illərdə "Qarabağ”da çıxış edib. Onun son iş yeri "Adana Demirspor” olub.







































































