1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "51 faiz məsuliyyət məndədir"
"Qarabağ"ın ən yaxşı futbolçuları meydana çıxmışdı. İstədik ki, boş zonalar buraxmadan hücumların qarşısını alaq. Taktiki cəhətdən düzgün oynadıq. Lakin kiçik komandalar səhvlərdən yararlanmağı bacarmalıdırlar. Rəqibi sürətli hücumlardan tutmaq istədik. Bir neçə epizodda buna nail olduq. Futbolçularım nə bacarırdılarsa, etdilər. Rəqib isə səhvlərimizdən yararlanmağı bacardılar. Ümidvaram ki, bizim yaxşı nəticələrimiz çox uzaqda deyil. Futbolçulara inamım böyükdür. Son damlamıza qədər vuruşacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib. 51 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bəzi futbolçuların mövqelərində dəyişiklik nə ilə bağlı idi? Məsələn, Tural Rzayevin...
- Standart vəziyyətlərdə Tural Rzayevin mövqeyində dəyişiklik olurdu. Lakin oyun gedə-gedə mövqe dəyişikliyi normaldır.
- Son zamanlar baş məşqçilərimiz uduzduqları oyunlardan sonra komandalardan razı qalırlar.
- Səbəb 16 futbolçunun dəyişilməsidir. Bu da boşluqlara, anlaşılmazlıqlara gətirib çıxarıb. "Kəpəz" iddialı komandadır, azarkeşlər bizi yüksək yerlərdə görmək istəyirlər. Futbolçularımın bir çoxu əvəzedici heyətlərdən və ya I Divizion komandalarından gəlib. Səbəb yalnız bununla bağlıdır.
- Belə çıxmırmı ki, komandanız layiq olduğu mövqedədir?
- "Zirə" ilə oyunda 61 faiz topa nəzarət var idi. "Sumqayıt"la oyunun ikinci hissəsində üstün oyun sərgiləmişdik. Komandamız hələ oturuşmadığından, lazımi nəticələr göstərə bilmirik. Son iki oyunda istədiyim oyunu görürəm.
- Sona bir neçə gün qalmış komanda formalaşdırılmasını səbəb göstərmirsiniz?
- Bu gün 8 komanda arasında ən aşağı büdcəyə malik komandayıq. Heyətin formalaşdırılmasına baş məşqçi məsuliyyət daşıyır. 51 faiz məsuliyyət məndədir. Rəhbərlik əlindən gələni edir.
- Kərim Diniyevi çox istəyirsiniz, yoxsa Coşqunu?
- Heç birini. Səni çox istəyirəm. Keçən dəfə demişdim ki, qol vursan evə gəlmə. Bu gün isə nə deyə bilərdim?