1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Endi Hallidey: "Şotlandların sözləri aqressiv səslənir"
"İlk hissədə oyunu ələ almaqda çətinlik çəkirdik, çox top itirdik. Amma fasilədən sonra özümüzə gəldik və xeyli qol imkanı yaratdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Endi Hallidey səfərdə "Səbail"ə 3:1 hesablı qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, komandası bundan da yaxşı oyun göstərə bilərdi: "Deməzdim ki, pis oynayırıq. Sadəcə, matça yaxşı başlamadıq və sonradan özümüzə gəldik. Ümumiyyətlə, dam ən yaxşı oyun nümayiş etdirməlisən. Əminəm ki, bundan da yaxşı oyun göstərə bilərdik".
Şotlandiyalı yarımmüdafiəçi hər matçda fərqli mövqelərdə çıxış etməsinə belə münasibət bildirib: "Mənim universallığım var və hansı mövqedə oynamağımın fərqi yoxdur. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilirəmsə, özümü çox xoşbəxt hiss edirəm".
Hallidey komandasının liderlərlə arasında olan xal fərqindən söz açıb: "Düzdür, bundan daha yaxşı oyun göstərə bilərik. Komandamızın gücü var və liderlərə çatmaq üçün çalışacağıq".
26 yaşlı legioner oyunun gedişində hakimə etiraz etməsinə də aydınlıq gəlib: "Həmin epizoddan öncə qayda pozuntusu qeydə alındı. Mən hakimdən nə baş verdiyini soruşdum, amma o, məni başa düşmədi. Sadəcə, bir az sərt alındı. Şotlandiyalıların dediyi hər şey aqressiv səslənir. Daha sonra hakim sarı vərəqə göstərdi və mən üzr istədim. Yenə deyirəm, sadəcə, nə baş verdiyini soruşmaq istəyirdim" (qol.az).